Barclays Capital analitiklərinin fikrincə yanvar ayında USDJPY məzənnəsinin müstəvi korreksiya diapazonunu qırmaq cəhdlərinə baxmayaraq eniş dinamikası uğursuzluqla nəticələnmiş və hazırda valyuta cütünə qarşı alış maraqları artmaqdadır. ABŞ iqtisadiyyatındakı artım tempi də USDJPY alıcılarına əlavə stimul verir. Yaponiya iqtisadiyyatı ilə bağlı narahatlıqlar isə yenaya qarşı təzyiqləri artırır. Bank mütəxəssislərinin fikrincə Yaponiyanın kredit reytinqinin A səviyyəsinədək azaldılması investorlar tərəfindən Yapon qiymətli kağızlarının aktiv satışına səbəb ola bilər ki, bu da yenada satışları kəskin şəkildə artıracaqdır. Bütün bunları nəzərə alaraq Barclays Capital analitikləri USDJPY məzənnəsi üzrə 3 aylıq proqnozlarını 75 səviyyəsindən 79 səviyyəsinədək artırmışlar.




