Frankın İsveçrənin əsas ticarət partnoyu olan ölkələrin valyutaları qarşısında 2008-ci ildən etibarən 42% məzənnə artımı ölkənin ixrac potensialına mənfi təsir göstərməklə iqtisadi inkişafa təhlükə yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatının hesablamalarına əsasən frank ifrat dəyər artımına görə hazırda dünya valyutaları arasında birinci mövqedədir. "Hazırda frankın məzənnəsindəki qiymət dinamikasını ölkənin iqtisadi göstəriciləri deyil, investorların risk maraqları müəyyənləşdirir. Bu səbəbdən İsveçrə MB-nın faiz dərəcələrini aşağı salması çətin ki, gözlənilən effekti verə bilsin" - Frankfurtdakı Barclays Capital iqtisadçısı Torsten Polet bildirmişdir.




