İsveçrə MB rəhbəri Filip Hildebrandın açıqlamalarına əsasən mərkəzi bank ixracatçılara dəstək məqsədilə frankın məzənnə artımını məhdudlaşdırmaq siyasətini davam etdirmək niyyətindədir. "Biz elan etdiyimiz məzənnə səviyyəsini bütün qətiyyətimizlə qoruyacağıq" - Dünya Bankı və BVF-nun illik toplantısında Hildebrand bildirmişdir. Qeyd edək ki, İsveçrə MB 6 sentyabr tarixində ölkədə deflyasiya risklərinin qarşısını almaq və ixrac sektoruna dəstək məqsədilə EUR/CHF məzənnəsinin minimal həddini 1.20 səviyyəsində müəyyənləşdirmişdir. Xatırladaq ki, son 12 ay ərzində frankın avro qarşısında məzənnə 17% yüksəlmişdir ki, bu da ölkənin ixrac sektoruna mənfi təsir göstərmişdir. Belə ki, Avrozonadakı böhran fonunda investorların franka qarşı maraqları azalmışdır.




