İsveçrə Mərkəzi Bankının monetar siyasəti yumşaltmasına baxmayaraq frank "ən təhlükəsiz valyuta" statusunu qorumaqdadır. "Frankın məzənnəsindəki artımın qarşısını almaq üçün biz valyuta bazarlarına müdaxilə etməyəcəyik" - bankın rəsmiləri qeyd etmişlər. Qeyd edək ki, qurum tərəfindən 3 aylıq Libor faiz dərəcələrinin 0 həddinə yaxınlaşdırılması və bazarda likvidliyin artması ilə bağlı yayılan açıqlamalar qiymətlərə gözlənilən təsiri artıq göstərmişdir. İsveçrə frankının avro, dollar, həmçinin yena qarşısında məzənnəsi ucuzlaşmışdır.




