USD/CHF məzənnəsində eniş istiqamətində təzyiqlərin qorunmasına baxmayaraq qiymətlərin 0.8300 səviyyəsi üzərində stabilləşməsi optimizm üçün əsas verir. Barclays Capital strateqlərinin fikrincə bir sıra müsbət texniki siqnallarla yanaşı maliyyə bazarlarındakı son durum da USD/CHF alıcılarına dəstək verə bilər. Mütəxəssislərin fikrincə hazırda investorları narahat edən başlıca məqam frankın aktiv məzənnə artımının İsveçrə iqtisadiyyatına edə biləcəyi mənfi təsirdir. Bankın mütəxəssisləri 0.8350 səviyyəsindən etibarən alış mövqelərinə daha çox üstünlük verirlər.




