Morgan Stanley valyuta strateqləri rubla qarşı funtu satmağı tövsiyyə edirlər. Bankın mütəxəssisləri GBPRUB cütündə ilkin eniş hədəfini 46.80 səviyyəsində dəyərləndirirlər. Bank analitiklərinin fikrincə neft ixracatçısı olan və müsbət ticarət balansına malik Rusiya kimi ölkələr dünya bazarlarında xammal qiymətlərinin artımından bəhrələnəcəklər. Son dövlər Yaxın Şərqdəki geosiyasi durumun gərginləşməsi isə neft qiymətlərində artım perspektivlərini artırır və bu da öz növbəsində rublun məzənnə artımını stimullaşdıracaqdır. Funtun məzənnə perspektivləri isə mənfi dəyərləndirilir. Belə ki, ölkədə iqtisadi perspektivlər getdikcə pisləşir və İngiltərə MB fevral toplantısında çox güman ki, iqtisadi stimullaşdırma tədbirlərini gücləndirəcəkdir.




