Avstraliya Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı qərarı bazarın bir çox iştirakçıları üçün gözlənilməz olmuşdur. Belə ki, analitiklərin böyük əksəriyyətinin faiz dərəcələrinin 0.25% enişlə dərc ediləcəyini gözlədiyi bir vaxtda Mərkəzi Bank faiz dərəcələrini dəyişməz olaraq 4.25% səviyyəsində saxlamışdır. Bu isə AUDUSD məzənnəsində artım dinamikasına güclü təkan vermişdir. Əksər dilerlərin fikrincə satış əməliyyatlarında mənfəətin fiksə edilməsi davam edə bilər. Valyuta cütünə qarşı alış maraqları da artmaqdadır. Belə bir şəraitda AUDUSD məzənnəsinin 1.0810 səviyyəsinədək artım ehtimalı yüksəkdir.




