Ötən həftə USDCAD məzənnəsində paritet həddini kəsilməsi istiqamətindəki cəhdlərə baxmayaraq dünən ticarət sesiyası ərzində valyuta cütündə artım yaranmışdır. Bunun başlıca səbəbi investorların riskli aktivlərə qarşı marağının azalması olmuşdur. Lakin bu gün neft qiymətlərindəki artım Kanada dollarına da dəstək vermiş və bunun təsiri ilə USDCAD məzənnəsində eniş dinamikası bərpa olunmuşdur. "Risk səviyyəsinə həssas olan digər valyutalarla müqayisədə Kanada dolları hazırda nisbətən ifrat alınmış kimi görünür. ABŞ dollarındakı satış əməliyyatlarının əksəriyyəti ixtisar edilərsə Kanada dollarına qarşı təzyiqlər artacaqdır" - National Bank of Canada valyuta ticarəti şöbəsinin direktoru Cek Şpis bildirir.




