Çərşənbə axşamı ticarət sesiyasının sonlarına doğru yaranan kəskin artımdan sonra GBP/USD məzənnəsində yeni eniş dalğası başlamışdır. Hazırda qiymətlər 1.6250 səviyyəsi ətrafında stabilləşməyə çalışır. Dilerlərin fikrincə yaxın gələcəkdə valyuta cütündə eniş davam edə bilər. Ümumiyyətlə bazarda funtun mövqeyi kifayət qədər mənfidir. 1.6180 səviyyəsinin yenidən test ediləcəyi ilə bağlı riskləri getdikcə artır. Satış sərəncamları 1.6285 və 1.6300/05 səviyyələri ətrafında cəmləşmişdir.




