GBPUSD məzənnəsi yeni həftəyə o qədər də yüksək optimizmlə başlamamışdır. Dilerlər qeyd edirlər ki, bazarda ticarət həcmlərinin kiçik olduğu bir vaxtda dolların üstünlüyü daha yüksəkdir. Mütəxəssislərin fikrincə valyuta cütünə qarşı 1.5435 səviyyəsi ətrafında satış maraqları qorunmaqdadır. Alış maraqlarının aşağı olması yaxın gələcəkdə qiymətlərdə eniş trendinin yarana biləcəyi ehtimalını artırır. 1.5395 və 1.5380 səviyyələrinin kəsilməsi qiymətlərin 1.5350 və 1.5335 səviyyələrinədək enişinə şərait yarada bilər.




