RBC valyuta strateqi Devid Votun fikrincə EURCHF məzənnəsinin eniş trendini tərk etməməsi İsveçrə Mərkəzi Bankını bazara yeni müdaxiləyə vadar edə bilər. Bu perspektivi və Avrozonada davam edən borc böhranını nəzərə alaraq valyuta cütündə artım ehtimalları yüksəlir. Bazar iştirakçılarının böyük əksəriyyəti İsveçrə MB tərəfindən EURCHF məzənnəsi üzrə minimal həddin sentyabr ayında olduğutək 1.2000 səviyyəsində müəyyənləşdirilməsini gözləyirlər



