Bank of America mütəxəssislərinin fikrincə EURUSD məzənnəsindəki son artım dayanıqlı olmayacaq və yaxın gələcəkdə valyuta cütünün məzənnəsi 2 illik minimum səviyyəsinədək enə bilər. "Günlük ticarət sesiyası 1.3026 səviyyəsi altında bağlanarsa bu eniş istiqamətində yeni trendin yaranmasına təkan verəcəkdir. Bu baş verərsə eniş istiqamətində ilkin hədəf 1.2644/1.2510 səviyyəsi olacaqdır." - Bank of America texniki analitiki Makneyl Karri bildirir.




