Avronun məzənnəsində artım ehtimalları yüksəlir 24.01.2012 13:02

Yunanıstanla bağlı müxtəlif xarakterli xəbərlərin dərcinə baxmayaraq bazar ertəsi EURUSD məzənnəsi 3 həftəlik maksimum səviyyəsinə yüksəlmişdir. Qeyd edək ki, dünən ticarət sesiyası ərzində avronun 16 əsas valyutadan 13-ü qarşısında məzənnəsi yüksəlmişdir. "Hazırda bazar iştirakçılarının böyük əksəriyyəti ticarət qərarlarında ehtiyatlı davranırlar. Belə ki, riskli aktivlərlə eyni zamanda avronun da məzənnəsinin yüksəlməsi yaxın gələcəkdə Avrozona ilə bağlı müsbət fundamental xəbərlərin dərc ediləcəyi ehtimalını artırır." - Bank of New York Mellon baş valyuta strateqi Maykl Vulfolk bildirir. "Böyük ehtimalla bazarda Avrozona ilə bağlı xəbərlərə qarşı həssaslıq yüksək həddə qalmağa davam edir. Lakin bir müddət öncə EURUSD məzənnəsində eniş proqnozlaşdıranların böyük əksəriyyəti artıq proqnozlarını yenidən dəyərləndirməyə başlamışlar" - o, əlavə etmişdir. Qeyd edək ki, ötən həftə EURUSD cütündə yaranmış məzənnə artımına baxmayaraq spekulyativ satış əməliyyatlarının sayı nəinki azalmış, hətta artmışdır. Bu isə qiymətlərin yenidən artması durumunda artım tendensiyasını dəstəkləyəcək növbəti katalizator rolunu oynaya bilər. 

 

  • Baxılma sayı: 166
Şərh əlavə et:
Standard Chartered avroda eniş proqnozlaşdırır Standard Chartered ...
22.05.2012
ətraflı
Avronun məzənnəzində konsolidasiya fazası yarana bilər Ötən həftədən ...
21.05.2012
ətraflı
Avroda məzənnə itkisi davam edə bilər Avro dollar qarşısında növbəti ...
16.05.2012
ətraflı
Bazar ertəsi avronun məzənnəsində müsbət dinamika gözlənilmir Bu gün ...
14.05.2012
ətraflı
BNP Paribas avroda eniş proqnozlaşdırır BNP Paribas analitiklərinin ...
09.05.2012
ətraflı
EURUSD məzənnəsində eniş davam edə bilər DBS analitiklərinin ...
08.05.2012
ətraflı
Siyasi qeyri-müəyyənliklər avronun məzənnəsinə təzyiq göstərir Avro ...
23.04.2012
ətraflı
Borc böhranı ilə bağlı narahatlıqlar avronun məzənnəsinə mənfi təsir ...
16.04.2012
ətraflı
EURUSD məzənnəsində eniş ehtimalları yüksəkdir Dilerlərin fikrincə ...
05.04.2012
ətraflı
Avronun məzənnəsində eniş ehtimalları artır Dünən ticarət ...
03.04.2012
ətraflı
  • SYMBOL
  • BID
  • MAX
  • EURUSD
  • 1.3231
  • 1.3243
  • GBPUSD
  • 1.5634
  • 1.5682
  • USDCHF
  • 1.0022
  • 1.0039
  • USDJPY
  • 83.88
  • 83.94
  • AUDUSD
  • 0.9643
  • 0.9651
  • USDCAD
  • 1.0218
  • 1.0246
  • NZDUSD
  • 0.7507
  • 0.7509
  • USDTRY
  • 1.4886
  • 1.4931
  • OIL
  • 85.05
  • 85.18
Məzənnələri seç
Foto və Video qalereya
maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller
galaxy
macro kingdom
nectar