Mütəxəssislərimizin rəyi:
Eniş meyilləri qorunur… GBPUSD cütlüyü üzrə H1 qrafikinə nəzər saldıqda dünənki ticarət sessiyasında gözlənilən enişin olduğu müşahidə edilir. Qiymətlərin Alliqatorun balans xəttləri altında möhkəmləndiyini nəzərə alaraq ehtimal edilir ki, bu eniş istiqamətli hərəkət bir müddət davam edəcəkdir. Proqnoz : Proqnoz olaraq qiymətlərin $1.5762 həddi altında möhkəmlənməsi ilə $1.5699 həddinədək enişin olacağı ehtimal edilir. Alternativ variant : Alternativ olaraq qiymətlərin $1.5786 həddi üzərində möhkəmlənməsi ilə isə $1.5840 həddinədək artımın ola biləcəyi istisna edilmir. Hədəflər : Artım – $1.5801; $1.5813; $1.5825; $1.5840; Eniş – $1.5746; $1.5734; $1.5699; Əhəmiyyətli səviyyələr : $1.5762; $1.5786;