(25.08.1925 –ci il — 27.09.2004 –cü
il [Beverli Hilz, Kaliforniya ştatı ])
Devis 1925-ci
il Nyu-Cersi ştatının NyuArk şəhərində anadan
olub, 1947-ci ildə Nyu-York Universitetini bitirib. Universiteti
bitirdikdən sonra o, atasının milyardlarla dollar gəlir gətirən
tədqiqat-qazma şirkəti “Davis Oil Co.”-da işləməyə başlayır. 1980-cı ildə Devis ailəsi ilə birlikdə Denvildən
Beverli Hilza köçür və əmlak sahəsində özünün ikinci fəaliyyətinə
başlayır.
Devis
həmçinin görkəmli xeyriyyəçi idi. O və həyat yoldaşı Barbara, qızları Dananın diabed xəstəsi olduğu aşkar
olunduqdan sonra, 1977-ci ildə Uşaq Diabed Fondu yaratdılar. Onlar
mütəmadi olaraq öz pul vəsaitləri ilə fondu dəstəkləyirlər. Devis həm də demokrat partiyası namizədlərinin xeyrinə pul vəsaitləri yığımının aktiv
istirakçısı idi, Bill Klinton onun yaxın
dostlarından biri idi.
Neft
mədənləri sahibi –milyarder, “20th Century Fox
studios”-u 1980-cı ildə Rupert Merdoka satmış Marvin
Devis 79 yaşında, ailəsinin əhatəsində, ağır və
uzun sürən xəstəlik nəticəsində vəfat etdi.
Devis “Pebble Beach
Co.” və
“Beverly Hills
Hotel”-in sahibi idi. « Mister
Riskli spekulyant " adı ilə o, öz fəaliyyətini neft
və benzin sənayesində başladı, daha sonra o əmlak və əyləncə
industriyası sahəsində işləməyə başladı. 1981-ci ildə Devis “ 20th Century
Fox studios”-u
aldı.
1984-cü ildə o, sonradan Paramount-a rəhbərlik edən Barri Dilleri işə qəbul etdi. Növbəti il Devis “Fox studios”-u Merdoka satır. Satışdan sonra
Devis ikinci dəfə “20th Century Fox Plaza” –nı qurur və 'Century City’
–yə satır. Bir ildən sonra Devis CBS, NBC və Metro-Goldwyn-Mayer-I
almağa cəhd göstərir.
2002-ci ildə o, sonuncu dəfə əyləncə biznesinə daxil olmağa cəhd göstərərək $15 milyarda tərkibinə “Universal
Studios”-un daxil olduğu “Vivendi
Universal”-I almağa can atır. Lakin bu sahədə razılıq əldə olunmur.









