«Fond — sehrli çubuq deyil, və o həmişə gəlir gətirmir,
investor hər zaman uzun müddətli enişdən sonra qalxma nöqtəsini gözləmələdir»
Ceyms Boyql The Vanguard Group-un banisidir və indekslərə kapital qoyuluşu edən fondların “atası” kimi məşhurdur. Bu səpkidən olan ilk fond, “The Vanguard 500 Index”, 1976-cı ildə açılıb. “The Vanguard” fondlarının ümumi aktivləri 1975-ci ildə $1,8 mlyd-dan 2002-ci il $600 mlyd-da qədər artıb. 40 nəfərlik işçi heyəti ilə işə başlayan “The Vanguard Group”, hal-hazırda 11,000 nəfərdən ibarət işçi heyətinə malikdir, 100-dən çox fonddan ibarətdir və 15 mln dollarlıq hesabı idarə edir.
Karyerası
boyunca Boyql öz prinsipinə uyğun olaraq texniki analiz metodlarından
istifadə etməkdən imtina edərək qəzet oxunuşuna üstünlük verirdi.
Boyql hesab edirdi ki, bazarı aldadaraq böyük qazanc əldə etmək mümkün
deyil, əksinə onunla əməkdaşlıq etmək və onun hər bir hərəkətini dəqiq
bilmək lazımdır.
1996-cı ildə Ceyms Boyql “The Vanguard”-da tutduğu rəhbər vəzifəsindən istefaya getdi, lakin o 1999-cu ilə kimi fondun idarə heyətinin sədri idi və “The Vanguard”-dakı işi ilə SEC-dəki işini uyğunlaşdırmağa çalışırdı.
1975-ci ildə “The Vanguard”-a investisiya olunmuş $1, hal-hazlrda $323-dır.









