«Hər
gün nə isə yaradıcı, nə isə axmaq və nə isə yaxşı bir şeylər etmək».
Benjamin Qrem
qiymətli kağızlar üzrə müasir analiz sisteminin atası hesab edilir, onun ən məşhur
himayəçisi Uoren Baffetdir. Qremin
bir şəxsiyyət kimi bünövrəsi yoxsulluq
içərisində, küçələrdə sağ qalmaq üçün gücünü yox, ağlını istifadə etməli
olduğu Nyu-Yorkda qoyulub. Qrem deyirdi ki,
yoxsulluq illəri “ mənim xarakterimdə pula ciddi yanaşmanı, kiçik məbləğ
uğrunda səylə çalışmağa hazır olmağı və bütün xərclərdə həddindən artıq
konservativ olmaq kimi xüsusiyyətləri inkişaf
etdirdi.” Kolumbiya Universitetini bitirdikdən
sonra Qremə, həmin Universitetdə üç fənn - ədəbiyyat, riyaziyyat və
fəlsəfə üzrə dərs deməyi təklif etdilər. Lakin o, ailəsini dolandırmalı idi (onun atası o doqquz
yaşında ikən vəfat etmişdi), buna görə də, Uol-Stritdə yerləşən bir
firmanın istiqrazlar şöbəsində şagird kimi işə düzəlir.
Qremin “onun daim
axtarışda olan, düşünməyə və tənqidə meyilli” edən Akademik
bilikləri onun üçün müsbət bir hal oldu. Bundan
başqa, o deyirdi ki, “bütün bu xüsusiyyətlərimə
teoretik məntiqi ağıla daxil olmayan daha iki xüsusiyyət əlavə etməyi
bacardım: birincisi, problem və ya hər hansı hadisə zamanı vacib
olanları dərk etmək və lazımsız şeylərə vaxt sərf etməyin qarşısını
almaq; və ikincisi, işin praktiki tərəfini
anlamaq, məqsədə çatmaq, texniki üsullar və yeni yanaşmalar aşkar edərək
həll yollarını tapmaq.
Qremə, istiqrazların satıcısı vəzifəsi
təklif olunan zaman o bu vəzifədən imtina etdi və təxmin etdi ki,
statistik analiz və ya risklərin analizi sahəsində daha faydalı ola
bilər.









