AMB prezidenti J.K.Trişe qeyd etmişdir ki, maliyyə sistemində yeni reformaların tətbiqi istiqamətində beynəlxalq səylərin artırılmasına ehtiyac var. Onun fikrincə, beynəlxalq səviyyədə daha mütəhərrik nəzarət sisteminin yaradılması hazırda olduqca vacibdir. Trişe qeyd etmişdir ki, dövlərlərin kəskin müdaxiləsinə baxmayaraq son maliyyə böhranı İkinci Dünya Müharibəsindən sonra ən kəskin iqtisadi tənəzzül olmuşdur. Dövlətlər bu qədər sərt tədbirlərə əl atmasaydılar iqtisadi böhran cəmiyyətdə kəskin depresiya da yarada bilərdi. "Mən bilirəm ki, həyata keçirilən tədbirlərlə bağlı çoxsaylı direktivlər və bir çox sferalarda bu tədbirlərə qarşı müqavimət də var. Lakin, gəlin mövcud duruma daha aydın gözlə baxaq. III Bazel toplantısı və Böyük 20 qrupu ölkələrinin qəbul etdiyi əlavə tədbirlərdən yeni məsuliyyətlər yaranacaqdır. Bu şəraitdə biz, beynəlxalq tənzimləmə sisteminin daha mütəhərik olduğuna əmin olmalıyıq. Bu olduqca vacib şərtdir" -Trişe əlavə etmişdir.

Trişe maliyyə sistemində yeni reformalara ehtiyac hiss edir 07.09.2010 11:46
- Baxılma sayı: 395
- SYMBOL
- BID
- MAX
- EURUSD
- 1.3231
- 1.3243
- GBPUSD
- 1.5634
- 1.5682
- USDCHF
- 1.0022
- 1.0039
- USDJPY
- 83.88
- 83.94
- AUDUSD
- 0.9643
- 0.9651
- USDCAD
- 1.0218
- 1.0246
- NZDUSD
- 0.7507
- 0.7509
- USDTRY
- 1.4886
- 1.4931
- OIL
- 85.05
- 85.18



