İnvestorlar tərəfindən qızılın aktiv şəkildə satışı nəticəsində Nyu-York ticarət sesiyası ərzində qızıl qiymətləri 8 həftəlik maksimum səviyyəsini tərk etməyə başlamışdır. Dolların məzənnə artımı isə qızıl qiyməltərində enişə əlavə təkan verir. Nyu-York ticarət sesiyasının nəticələrinə əsasən aprel daşımaları üzrə qızıl qiymətləri 0.1% ucuzlaşma ilə hər unsiyaya görə 1747.60 dollar səviyyəsinə enmişdir. Londonda isə qızıl qiymətləri 0.1% artımla hər unsiyaya görə 1744.93 dollar səviyyəsinə yüksəlmişdir.




