İsveçrə MB yeni rəhbərinin təyin edilməsi üçün İsveçrə hökümətinə 4 ay vaxt lazım ola bilər. Belə ki, Mərkəzi Bankın rəhbəri Hildebrandın gözlənilmədən tutduğu vəzifədən istefa etməsi qurumu bu posta yeni namizəd axarmağa məcbur etmişdir. Qeyd edək ki, hazırda banka müvəqqəti olaraq Tomas Cordan başçılıq edir. "Hildebrandın gözlənilmədən istefa etməsinə baxmayaraq bankın fəaliyyətinə heç bir ciddi dəyişiklik yoxdur" - UniCredit Group. iqtisadçısı Aleksandr Kox bildirir. Ölkə rəhbərinin fikrincə Tomas Cordan və Jan-Pyer Dantenin İsveçrə MB rəhbərliyinə layiqli namizəd olmalarına baxmayaraq hökümət bu mövzuda bankın da mövqeyinə üstünlük verəcəkdir.



