San-Fransisko FRB rəhbəri C.Uilyamsın çıxışından sitatlar:
- İşsizlik səviyyəsi ölkənin ən ağrılı və daha böyük diqqət tələb edən problemidir.
- FRS-nin lazım olan bütün vasitələrdən mandatında uyğun olaraq istifadə etməsi önəmlidir.
- Avrozona liderləri böhranla mübarizədə uğurlu ola bilməsələr çətin ki, ABŞ bu durumda sudan quru xilas olsun.
- Bizim gələcək addımlarımız iqtisadi inkişaf səviyyəsindən asılı olacaqdır.
- Əmlak bazarı Federal proqram çərçivəsində dəstəyə ehtiyac hiss edir.
- FRS ikiqat mandat əldə etmək üçün bütün vasitələrdən istifadə edir.
- Yaxın bir neçə il ərzində işsizlik səviyyəsi yüksək həddə qala bilər.
- 2012 və 2013-cü illərdə ABŞ-da ÜDM artımı müvafiq olaraq 2.5% və 3% təşkil edə bilər.
- 2012-ci ildə inflyasiya səviyyəsi 1.5% səviyyəsindən aşağı olacaqdır.
- Avrozonadakı durum ABŞ-da iqtisadi durumu çətinləşdirə bilər.
- ABŞ iqtisadiyyatı yüksək templərlə inkişaf edir.
- Dövlətin büdcə siyasəti ölkə iqtisadiyyatına müsbət təsir göstərir.
- Qeyri-müəyyənliklər xərclərə və investisiya yatırımlarına mənfi təsir edir.
- Əmlak qiymətlərində artım meylləri demək olar ki, müşahidə edilmir.
- Kiçik biznesə kredit şərtləri əvvəlkitək çox sərtdir.




