Son həftə ərzində FRS-nin qiymətli kağız portfelinin strukturunda həyata keçirilən dəyişikliklər və iqtisadi stimullaşdırma tədbirləri nəticəsində FRS balansı bir qədər artmışdır. Bir həftə öncəki 2,927 trln. dollarla müqayisədə son həftə ərzində FRS balansı 2,931 trln. dollar səviyyəsinədək artmışdır. Büdcə qiymətli kağızlarının həcmi isə dəyişməz olaraq 1,661 trln. dollar səviyyəsində qalmışdır. İpoteka təminatlı qiymətli kağızların həcmində də ciddi dəyişiklik yaranmamışdır. FRS rəsmiləri uzunmüddətli dövlət borc sənədləri və ipoteka təminatlı qiymətləri kağızların həcmini artırmaqla qurumun qiymətli kağız portfelinin strukturunda dəyişikliklərin davam etdirilməsi niyyətindədirlər. Məqsəd ölkə iqtisadiyyatında tələb səviyyəsini stimullaşdırmaqdır.




