ABŞ Konqresinin Büdcə İdarəsinin məlumatlarına əsasən bu il büdcə kəsiri 1 trln. dollar səviyyəsini aşacaqdır. Qurumun dərc etdiyi hesabatda qeyd edilir ki, ötən il büdcə kəsinin 1.3 trln. dollar səviyyəsində olduğu bir halda vergi yığımlarının sərtləşdirilməsi və dövlət xərclərinin kəskin azaldılması bu il büdcə kəsirində müəyyən enişə səbəb olmuşdur. Bu il büdcə xərclərində 0.1% artım yaranacağı proqnozlaşdırılır. Vergi gəlirlərində isə 10% artım gözlənilir. Bütün bunlara baxmayarq bu il ABŞ-da büdcə kəsirinin 1 trln. dolları üstələyəcəyi ehtimalı yüksəkdir. Bunun başlıca səbəbi yüksək işsizlik səviyyəsi və işsizlik təzminatıyla bağlı müraciətlərin sayındakı artımdır. "Büdcə kəsirinin kəskin şəkildə azalması iqtisadi inkişaf tempindən asılıdır" - hesabatda qeyd edilir.




