Dünən ABŞ birjalarında neft qiymətləri ucuzlaşmışdır. Nyu-York-da NYMEX ticarət sesiyasının nəticələrinə əsasən neft qiymətləri 0.93 dollar enişlə hər barrelə görə 96.91 dollar səviyyəsinə enmişdir. "Yunanıstanda borc probleminin həll edilməməsi ilə bağlı narahatlıqlar davam edir. Avrozonadakı soyuq hava şəraiti və İranla bağlı gərginliklər isə Brent markalı neftin qiymətinə müsbət təsir göstərir" - PFGBest analitiki Fil Flinn bildirir. Qeyd edək ki, Londonda Brent markalı neftin qiyməti 1.46 dollar artımla hər barrelə görə 116.04 dollar səviyyəsinə yüksəlmişdir.




