ABŞ-da neft ehtiyatlarının artımı və yanacaq məhsullarına tələbatın azalması nəticəsində dünən neft qiymətləri 60 həftəlik minimum səviyyəsinə enmişdir. Nyu-York-da NYMEX ticarət sesiyasının nəticələrinə əsasən xam neftin qiyməti 1.25 dollar enişlə hər barrelə görə 96.36 dollar səviyyəsinədək ucuzlaşmışdır. ABŞ Energetika Agentliyinin məlumatlarına əsasən ölkədə neft ehtiyatları 3 aylıq maksimum səviyyəsinə yüksəlmişdir. "Ehtiyatların artımı və tələbatın azalması neft qiymətlərinə mənfi təsir göstərir. İranla bağlı gərginliklər isə qiymətlərə qarşı təzyiqi artırır" - PFGBest analitiki Fil Flin bildirir. London birjasında isə neft qiymətlərində artım yaranmışdır. Belə ki, Brent markalı neftin qiyməti 0.59 dollar artımla hər barrelə görə 112.15 dollar səviyyəsinə yüksəlmişdir.




