Qrafikdən göründüyü kimi funtun məzənnəsi korreksiya zonasındadır. Kəskin eniş və ya yeni impuls dalğasının başlaması da istisna deyil. Artım istiqamətində yekun siqnal 1.7045 səviyyəsi kəsildiyi zaman yaranacaqdır. Hazırda funtun gələcək taleyini müəyyənləşdirmək çətindir. Qiymətlər hazırkı diapazondan çıxdıqdan sonra yeni tendensiyanı proqnozlaşdırmaq olar.
GBPUSD(09.12.2011)
Günlük
Mütəxəssislərimizin rəyi:
Ehtimal etmək olar ki, mövcud trend qorunur. Qiymətlər V dalğanın formalaşma mərhələsindədir. Qiymətlərin aktiv şəkildə enişi III dalğadan xəbər verir. Lakin nəzərə almaq lazımdır ki, artıq yuxarı istiqamətdə ciddi korreksiya da yaranmışdır. Qiymətlər 38% minimal korreksiya səviyyəsinə çatmışdır. Korreksiyanın 50%-62% səviyyələrinədək davam edə biləcəyi də istisna edilmir.